Formula 1-in keçmiş braziliyalı pilotu Tarso Markes ölkəsində həbs edilib. "Associated Press"in məlumatına görə, hadisə ötən bazar günü baş verib. “Lamborghini” markalı avtomobili idarə edən Markes dövlət nömrə nişanı olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan başqa araşdırma zamanı avtomobilin 240 min dollar borcu olduğu üzə çıxıb.
Qeyd edək ki, 49 yaşlı Tarso Markes Formula 1-də üç mövsüm (1996, 1997 və 2001) keçirib. "Minardi" komandasının üzvü cəmi 24 Qran Pridə iştirak edib, bir xal da qazanmayıb.
Braziliyalı pilotu həbs ediblər
