Formula 1-in Tailanda gəlişi sual altındadır

Formula 1-in Tailanda gəlişi sual altındadır

Tailandda Formula 1 Qran Prisinin keçirilməsində ciddi problem yaranıb. Belə ki, ölkənin konstitusiya məhkəməsi baş nazir Fetonqtarn Şinavatranı etika pozuntusuna görə vəzifəsindən kənarlaşdırıb. Səbəb onun Kambocanın keçmiş baş naziri ilə söhbətinin mediaya sıxması olub. Qeyd olunur ki, o Banqkokda yeni şəhər trekində yarışın hazırlanmasında əsas  fiqurlardan biri idi. RaceFans portalı xəbər verir ki, məhkəmə qərarı onu səlahiyyətlərindən məhrum edib ki, bu da tədbirin təşkilini şübhə altına alır. Xatırladaq ki, Şinavatra Şinavatra ailəsinin baş nazir postundan uzaqlaşdırılan dördüncü üzvüdür.
Tailand əvvəllər MotoGP Qran-Prisinə ev sahibliyi edib və Formula1 üçün 10 il mübarizə aparıb. Hökumət yarışın təşkili üçün 1,2 milyard dollar ayırıb.