Jurnalistlər Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” təşəbbüsünə qoşulublar

Jurnalistlər Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” təşəbbüsünə qoşulublar

İdman jurnalistləri Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” təşəbbüsünə qoşulub idmanla məşğul olaraq sağlam həyata çağırış ediblər.

Olimpnews.az xəbər verir ki, Dədə Qorqud parkında toplaşan media nümayəndələri günə gimnastika ilə başlayıblar.

Onlarla birlikdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman səfirləri, idman veteranları və gənclər də səhər idmanına qoşulublar.

Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni təşəbbüsə start verib. Nazirliyin “Sağlam həyat” layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir. Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.