Yarışlarda məsafənin azalma ehtimalı nəzərdən keçirilir  

Yarışlarda məsafənin azalma ehtimalı nəzərdən keçirilir  

Formula 1-in rəhbəri Stefano Domenikali bildirib ki, hazırda 300 km olan əsas yarışların məsafəsinin azalma ehtimalı var. "Mövcud yarışlar daha gənc auditoriya üçün çox uzun görünə bilər. Hazırkı formatla böyümüş nəsil üçün hər şey mükəmməldir. Lakin tamaşaçıların əhəmiyyətli bir hissəsi yalnız əsas məqamları görmək istəyir. Növbəti addımlar haqqında düşünmək lazımdır", - deyə Motorsport portalı Domenikalidən sitat gətirib.