Fransalı pilot yerli komandasına sadiq qaldı

Fransalı pilot yerli komandasına sadiq qaldı

29 yaşlı fransalı pilot Pyer Qasli "Alpine" komandası ilə müqaviləsini 2028-ci il mövsümünə qədər artırıb.

Olimpnews.az xəbər verir ki, bu barədə Fransa komandasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, hazırda Pyer hesabında 20 xal toplayaraq Formula 1-in şəxsi reytinq cədvəlində 14-cü yeri tutur. Qasli 2018-ci ildən daimi olaraq "Kral yarışları"nda çıxış edir. Fransız pilot 6 sentyabr 2020-ci ildə İtaliya Qran-Prisində ilk və indiyədək sonuncu qələbəsini qazanıb.