Türkiyə mətbuatında səs-küylü xəbər

Türkiyə mətbuatında səs-küylü xəbər

İstanbulun "Fənərbaxça" klubu Madrid "Real"ının sabiq baş məşqçisi Zinəddin Zidanla ilkin razılığa gəlib.

Olimpnews.az xəbər verir ki, bu barədə “Sabah Spor” X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, fransalı mütəxəssis əmək haqqı və müqavilə detalları ilə bağlı danışıqlar başa çatdıqdan sonra Türkiyəyə gələcək.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. Bu müddət ərzində Kral Klubu onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionu olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.