Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə Astara rayon turnirinə start verilib.
Rayonun 6 komandası yarışların dairəvi sistemi üzrə qələbə uğrunda mübarizə aparır.
Turnirin açılış mərasimində çıxış edənlər- Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, Astara Olimpiya İdman Kompleksinin məşqçisi Loğman Ağayev, yarışın baş hakimi Hacı Əliyev komandalara maraqlı oyunlar göstərməklə uğurlar arzulayıblar.
Artıq keçirilən bir-neçə oyun voleybol həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, turnirə sentyabrın 13-də yekun vurulacaq.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə voleybol turniri keçirilir
