Çimərlik güləşçimiz Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib

Çimərlik güləşçimiz Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib

Azərbaycanın çimərlik güləşçisi Vüsal Əliyev (80 kq) Mərakeşdə təşkil olunan Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, Kasablanka çimərliyində keçirilən yarışın təsnifat mərhələsində uğurlu çıxış edə güləşçi B qrupuna vəsiqə qazanıb.
Qrupda Keniya, Fransa və Serbiya güləşçilərinə qalib gələn V.Əliyev yarımfinalda yunanıstanlı Xristos Xristoforidisə son saniyələrdə məğlub olub. Güləşçimiz fransalı Huqo Kuenonu üstələyərək bürünc medal qazanıb.
Digər çimərlik güləşçisi İbrahim Yusubov (90 kq) isə qrupda 2-ci yeri tutub və mübarizəni davam etdirə bilməyib.
Qeyd edək ki, yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında iki güləşçi təmsil edib.