Həmyerlisinin nadir nəticəsini təkrarladı

Həmyerlisinin nadir nəticəsini təkrarladı

 

İspaniyalı tennisçi Karlos Alkaras ABŞ Açıq çempionatının kişilər arasında fərdi finalında qalib gələrək, həmyerlisi Rafael Nadalın nadir nailiyyətini təkrarlayıb. «OptaAce» statistika portalının məlumatına görə, Karlos Açıq Erada (1973-cü ildən) Böyük Dəbilqə turnirlərinin finalında dünyanın bir nömrəli tennisçisini bir mövsümdə iki dəfə məğlub etməyi bacaran ikinci oyunçu olub. Bundan əvvəl Alkaras Rolan Qarros 2025-ci ildə eyni uğuru təkrarlamışdı. Rafael Nadal 2008-ci ildə «Rolan Qarros» və «Uimbldon»da isveçrəli Roje Federeri məğlub etdikdən sonra oxşar nəticə əldə etmişdi.