Maks əsas rəqiblərini qiymətləndirdi

Maks əsas rəqiblərini qiymətləndirdi

"Red Bull Rasinq" komandasının pilotu Maks Verstappen özünü nəzərə almadan sıralanmada yerə alan "ən yaxşı" rəqiblərini seçib. "Peletonun ən yaxşısı? Çətindir. Həmişə Şarl Leklerin bu sahədə çox güclü sürücü olduğunu düşünürdüm. Yarışda ən yaxşısı? Bilmirəm. Fernando Alonsonun yarış tərzini həmişə bəyənmişəm. O, əsl döyüşçüdür. Bu, mənim xoşuma gəlir. Ötmədə ən yaxşısı? Lekler bu sahədə də yaxşıdı. Müdafiədə də? Fernando sağlam mübarizə aparır. Bəli, Fernando", - deyə Mundo Deportivo Verstappenin sözlərindən sitat gətirib.