İtaliyada keçirilən Emilia-Romagna Qran-Prisinin yarış təşkilatçıları dünya çempionatının təqviminə qayıtmağı gözləyirlər. “PlanetF1” nəşrinin məlumatına görə, təşkilatçılar hazırda Formula 1 rəhbərliyi ilə qayıdışla bağlı danışıqlar aparırlar. Danışıqlar uğurlu olarsa, bu mərhələ təqvimə qayıdacaq və iki ildən bir keçiriləcək. Hazırda İmola treki ehtiyatdadır. Əgər əsas mərhələlərdən biri ləğv olunarsa, gələn il Qran-Priyə ev sahibliyi edəcək.
İtaliyalı təşkilatçılar geri qayıtmaq istəyirlər
