"Mercedes" komandasının baş məşqçisi Toto Volf sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi ilə bağlı fikirlərini bölüşüb. "Səfər yarışları iki şəhər trası ilə başlayır. Birinci yarış Azərbaycanda keçiriləcək və iki həftədən sonra biz Sinqapura gedəcəyik. Bakı treki yüksək sürətli düz yolların, 90 dərəcə dönmələrin və qala yaxınlığındakı dar, dolama hissənin çətin kombinasiyasında ibarətdir. Həm avtomobil, həm də sürücü üçün yaxşı sınaq meydanıdır. Rəqabət gərgindir, hətta kiçik bir fərq olsa belə, ümid edirik ki, böyük fərq yarada bilərik”, - "Mercedes"in mətbuat xidməti Volfun sözlərindən sitat gətirib.
"Bakı həm avtomobil, həm də sürücü üçün yaxşı sınaq meydanıdır" - Toto Volf
