"Bu trasda sürprizlər həmişə mümkündür"

"Bu trasda sürprizlər həmişə mümkündür"

"Williams Racing»in ispaniyalı pilotu Karlon Sayns Bakıdakı çıxışından əvvəl buradakı yarış barədə proqnoz verməyəcəyini açıqlayıb. “Bakıdakı yarışın nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Bu trasda sürprizlər həmişə mümkündür. Biz sürətimizdən arxayınıq. İndi onu Bakıda maksimuma çatdırmalıyıq”, - deyə Sayns sosial şəbəkədə paylaşım edib.
Məlumat üçün bildirək ki, 31 yaşlı ispaniyalı pilot İtaliyada 11-ci pillədə qərarlaşmışdı.