III MDB Oyunları: Üzgüçülük yarışlarında daha bir medal 

III MDB Oyunları: Üzgüçülük yarışlarında daha bir medal 

III MDB Oyunları çərçivəsində keçirilən üzgüçülük yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışlarda Azərbaycan komandası daha bir medal qazanıb. Belə ki, 4x200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında Oqtay Hüseynov, Yeqor Maynitskiy, Fərhad Şirməmmədli və Süleyman İsmayılzadənin yer aldığı oğlanlardan ibarət komandamız üçüncü yerə sahib çıxıb.