33 il saxladığı hədiyyəni satışa çıxarıb

33 il saxladığı hədiyyəni satışa çıxarıb

Keçmiş Formula 1 pilotu Jan Alezi özünə məxsus olan "Ferrari F92A" avtomobilini satışa çıxarıb. 1992-ci ildə İtaliya komandası üçün çalışan Aleziyə həmin avtomobil "Ferrari" tərəfindən təqdim olunub. Avtomobilin qiyməti barədə hələ ki, məlumat verilmir.