FİA narazı pilotun cavabını verdi

FİA narazı pilotun cavabını verdi

Beynəlxalq Avtomobil Federasiyası (FIA) keçmiş Formula 1 sürücüsü Felipe Massa tərəfindən qaldırılan iddiaya cavab verib. Keçmiş pilot 2008-ci il çempionatının nəticələrindən narazıdır. Braziliyalı pilot həmin mövsümün haqlı çempionu kimi tanınmasını və təxminən 64 milyon funt sterlinq (təxminən 84,5 milyon dollar) təzminat tələb edir. Qarşı tərəf isə bunun haqsız olduğunu yazılı dəlillərlə sübüt edəcəyini bildirib. "Cənab Massanın iddiası həddindən artıq iddialı olmaqla yanaşı, həm də dolaşıqdır. Braziliya vətəndaşı və sakini olan milyonçu, 17 ildən çox əvvəl, 28 sentyabr 2008-ci ildə baş tutan Sinqapur Qran Prisi hadisələri ilə əlaqədar olaraq Fransada yerləşən özəl beynəlxalq idman təşkilatı olan FIA-nın qaydalarının pozulmasını iddia edərək İngiltərə və Uels yurisdiksiyasında məhkəmə iddiası qaldırır. Cənab Massa Sinqapurda və mövsümün digər mərhələlərində yarış zamanı öz səhvlərini və “Ferrari” komandasının səhvlərini qəsdən görməzdən gəlir ki, bu da onun çempionatda ikinci yeri tutmasına səbəb olub", - Racingnews365 FIA-nın bəyanatından sitat gətirir. Qeyd edək ki, Massanın məhkəməsinin Böyük Britaniyanın London şəhərində başlayacaq.