Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən futzal yarışlarına da start verilib.
Olimpnews.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi ilk oyunda Liviya millisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun millimizin qələbəsi ilə başa çatıb -5:4.
Komandamızın heyətində Fərid Abbasov üç, Mirzə Əmirov isə iki qolla yadda qalıb.
Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.
Futzal millimiz İslam Oyunlarına qələbə ilə başladı


