AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 6-da Milli Olimpiya Komitəsinin inzibati binasında 
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Olimpnews.az xəbər verir ki, tədbirdə AİJA-nın prezidenti Eldar İsmayılov, Milli Olimpiya Komitəsinin əməkdaşları, idman federasiyalarının nümayəndələri, Olimpiya mükafatçıları və idman ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AİJA-nın prezidenti Eldar İsmayılov Assosiasiyanın yaranma tarixi, məqsədləri və ötən illər ərzində görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, AİJA bu illər ərzində idman jurnalistikasının inkişafında, beynəlxalq əlaqələrin qurulmasında və ölkəmizin idman uğurlarının təbliğində mühüm rol oynayıb.
Daha sonra AİJA-nın 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev çıxışında AİJA-nın fəaliyyətini yüksək qiymətləndirib, Assosiasiyanın idman mediasının peşəkarlığının artmasına verdiyi töhfələri xüsusi vurğulayıb və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İlqar Tağıyev də çıxışında idman jurnalistikasının inkişafında AİJA-nın rolundan bəhs edib və təşkilatın 30 illik fəaliyyətini medianın nailiyyətlərindən biri kimi dəyərləndirib.
Mərasimdə həmçinin 2024-cü ilin idman laureatları mükafatlandırılıb. Təltif olunanlar arasında “Olimpiya dünyası” qəzeti də yer alıb. Qəzetimiz  “İlin qəzeti” nominasiyasında qalib olub.

Mükafatı qəbul edən “Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev çıxış edərək AİJA rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, “Olimpiya dünyası” qəzeti hər zaman idman dəyərlərinin, sağlam həyat tərzinin və peşəkar jurnalistikanın təbliği istiqamətində fəaliyyət göstərib. Aslan Şirəliyev vurğulayıb ki, bu mükafat kollektivin illərlə göstərdiyi əməyin və fədakar fəaliyyətinin qiymətləndirilməsidir.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib. 

AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib