Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi davam edir.
Olimpnews.az xəbər verir ki, Əl-Cənadriyah Hipodromunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub.
Azərbaycan nümayəndə heyəti paraddan birinci keçib.
Paradda üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparıb.
Qeyd edək ki, Azərbaycanı yarışda 20 idman növündə 169 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.


