Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı

Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı

Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

Olimpnews.az xəbər verir ki, komandamızın heyətində dünya, Avropa və Olimpiya çempionumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız finalda özbəkistanlı Şakram Ahadova qalib gəlib. 

Beləliklə, Azərbaycan cüdoçuları İslamiadanın ilk gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Daha əvvəl cüdoçularımızdan Könül Əliyeva (-48 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) və Ruslan Paşayev (-66 kq) isə bürünc medal qazanıb. Üçüncü yer uğrunda mübarizə aparan digər cüdoçumuz Fidan Əlizadə (-57 kq) isə məğlub olaraq beşinci yerlə kifayətlənib. 

Qeyd edək ki, final görüşünü Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov izləyiblər.

Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı