Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən cüdo üzrə qarışıq qoşa yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, mübarizəyə 1/4 finaldan başlayan Azərbaycan millisi ilk görüşdə ev sahibi olan Səudiyyə Ərəbistanı yığmasına qalib gəlib -4:0. Ardınca Qazaxıstan seçməsini də 4:1 hesabı ilə məğlub edən millimiz adını finala yazdırıb. Komandamızın finaldakı rəqibi Özbəkistan millisi olacaq.
İslamiada: Cüdo millimiz qarışıq komanda yarışlarının finalında


