Tələbə basketbolçular yarışıblar

Tələbə basketbolçular yarışıblar

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında basketbol üzrə respublika çempionatı keçirilib. Qızlar arsında keçirilən yarış martın 11-15-də Azərbaycan Tibb Universitetinin idman kompleksində olub. 8 komandanın iştirak etdiyi turnirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası və Azərbaycan Tibb Universiteti I, Bakı Dövlət Universiteti II, Bakı Slavyan Universiteti III pillədə qərarlaşıb.