Keçmiş NBA oyunçusu Riçard Cefferson hazırkı çempion "Oklahoma City Thunder" komandasının perspektivləri barədə fikir bildirib. "Əgər onlar uğurlarını təkrarlamaq və yenidən çempion olmaq istəyirlərsə, 70 qələbənin ardınca getməməlidirlər. Sadəcə deyirəm ki, heç bir komanda əlavə səy göstərmədən 70 oyun qazana bilməz. Bunu reallaşdırmaq üçün daha çox çalışmalı olacaqlar. Buna görə də NBA tarixində bu yalnız iki dəfə əldə edilib. Yalnız bir komanda çempionluq qazanıb", - deyə Cefferson "Road Trippin Show" YouTube kanalına müsahibəsində vurğulayıb.
"Heç bir komanda 70 oyun qazana bilməz" - Ceffersson


