Azərbaycan Basketbol Liqasında 8-ci turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, basketbol azarkeşləri turun növbəti oyun günündə daha iki qarşılaşma izləyəcəklər.
Əvvəlcə A qrupunun iştirakçıları olan "Abşeron Lions" və NTD komandaları meydana çıxacaq. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyunun start fiti saat 17:00-da səslənəcək.
Ardınca həmin arenada B qrupunun komandaları olan "Naxçıvan" və "Lənkəran" üz-üzə gələcək. Günün ikinci qarşılaşması saat 20:00-da başlayacaq.


