Şərq yarımfinalçıları müəyyənləşib - NBA kuboku

Şərq yarımfinalçıları müəyyənləşib - NBA kuboku

Milli Basketbol Assosiasiyası (NBA) Kuboku uğrunda yarımfinalın ilk cütlüyü açıqlanıb. Şərq Konfransında "Orlando Magic" və "New York Knicks" arasında keçiriləcək qarşılaşmanın qalibi finala yüksələcək.

Olimpnews.az xəbər verir ki, görüş dekabrın 13-də Las-Veqasda keçiriləcək. Qərb Konfransında isə dörddəbir final mərhələsinin oyunları hələki keçirilməyib. Həmin mərhələdə "Oklahoma Siti Tunder" komandası "Feniks Sans"la, "Los Anceles Leykers" isə "San Antonio Spurs" komandası ilə qarşılaşacaq. Hər iki oyun 11 dekabrda keçiriləcək.