NBA-da çıxış edən "Memfis Qrizzliz"in 12 nömrəli hücumçusu Ja Morant dekabrın 12-də (12.12) xeyriyyə aksiyası keçirəcək.
Olimpnews.az xəbər verir ki, basketbolçu komandanın azarkeşlərinə 250 ədəd pulsuz bilet hədiyyə edəcək. Klub da öz növbəsində 12 faiz endirim təklif edəcək və ən ucuz biletlərin qiymətini 12 dollara endirəcək.
Qeyd edək ki, Morant hazırda baldır zədəsi səbəbindən oyunlardan kənarda qalıb.


