Basketbol Liqası: "Quba" və "Sərhədçi"dən qələbə

Basketbol Liqası: "Quba" və "Sərhədçi"dən qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında IX turun oyunlarına start verilib. 

Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunub. Günün ilk oyunu Lənkəran Olimpiya İdman Kompleksində baş tutub. "Lənkəran" klubu doğma meydanda "Quba"nı qəbul edib. Müaraqlı mübarizə şəraitində keçən oyun "Quba" komandasının qələbəsi ilə yekunlaşıb -87:95.

Günün ikinci qarşılaşması isə Bakıda, "Sərhədçi" İdman Mərkəzində təşkil olunub. B qrupunda yer alan "Naxçıvan" klubu "Sərhədçi" ilə üz-üzə gəlib. Oyun birincilərin 90:74 hesablı qələbəsi ilə yadda qalıb