Bu gün futbol üzrə Misli Premyer Liqasında XVI turun daha iki oyunu keçiriləcək.
Olimpnews.az xəbər verir ki, ilin son turunun ikinci oyun gününün ilk oyunu Yevlax şəhər stadionunda təşkil olunacaq. "Karvan-Yevlax" doğma azarkeşlər önündə "Neftçi"ni qonaq edəcək. Oyunun start fiti saat 14:00-da səslənəcək. Matçın baş hakimi FİFA dərəcəli hakim Əliyar Ağayev olacaq.
Günün son oyununda isə kinci "Zirə" "İmişli" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq oyuna saat 16:30-da start veriləcək. Matçı Cavid Cəlilov idarə edəcək.
Misli Premyer Liqası: İlin son turunun daha iki oyunu keçiriləcək


