Futbol üzrə Milli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunu Qəbələ şəhər stadionunda baş tutub. "Qəbələ" klubu doğma meydanda "Qarabağ"ı qəbul edib. Oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb -1:2. Matçda hesab 6-cı dəqiqədə açılıb. Prins Ovusu meydan sahiblərini hesabda önə çıxarıb. Lakin 27-ci dəqiqədə Bədavi Hüseynov "Qaeabağ"ın bərabərlik qolunun müəllifi olub. Mtçın 79-cu dəqiqəsində isə Marko Yankoviç "Köhlən atlara" qələbə qazandıran qolun vurub. Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Qarabağ" hazırda birinci pillədə qərarlaşıb. "Qəbələ" isə 8 xalla 11-ci pillədə yer alır.
Misli Premyer Liqası: "Qarabağ" ili 3 xalla başa vurdu


