La Liqada işləri heç də yaxşı getməyən “Levante” yeni baş məşqçi ilə razılaşıb.
Olimpnews.az klubun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, əvvəllər Fransanın "Nant" klubunda oynamış Luis Kastro bu vəzifəyə təyin olub.
Qeyd edək ki, "Levante" 16 turdan sonra cəmi 10 xal toplayıb.


