Madrid "Real"ının hücumçusu Kilian Mbappe arzularından danışıb. "Uşaq ikən xəyalımın ad günü hədiyyəsi "Real"da oynamaq olduğunu düşünürdüm. Uşaqlıq arzum axşam gerçəkləşdi", - deyə 27 yaşını qeyd edən fransalı hücumçu oyundan sonrakı müsahibəsində bildirib. Kilian Mbappe ad günündə Kriştianu Ronaldonun bir təqvim ilində vurduğu qol sayına (59) çatıb.
Xatırladaq ki, dünən Madrid "Real"ı "Sevilya"nı məğlub edib - 2:0. Fransalı futbolçu 86-cı dəqiqədə penaltidən fərqlənib.
"Uşaqlıq arzum axşam gerçəkləşdi"


