"Frayburq" tarixində yeni rekordçu

"Frayburq" tarixində yeni rekordçu

Dünən Bundesliqanın 15-ci turu çərçivəsində "Volfsburq" evdə "Frayburq"a uduzub – 3:4.
Olimpnews.az xəbər verir ki, qonaqların heyətində Vinçenzo Qrifo 56-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, onun Almaniya Bundesliqasında 70-ci qolu olub. Qrifo Nils Petersenin 69 qolunu keçərək "Frayburq"un bütün zamanların rekordunu yeniləyib.