İspaniyanın "Barselona" klubu La Liqada növbəti qələbəsini qazanıb.
Olimpnews.az xəbər verir ki, Hans-Diter Flikin komandası "El-Madriqal" stadionunda "Vilyareal" klubundan üstün olub -0:2. Matçda hesabı 12-ci dəqiqədə Rafinya açıb. 63-cü dəqiqədə isə Lamin Yamal fərqlənərək matçda yekun hesabı müəyyənləşdirib. Bu qələbədən sonra xallarının sayını 46-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi ən yaxın izləyicisi "Real Madrid"i 4 xal qabaqlayır. "Vilyareal" isə 35 xalla dördüncüdür.
"Barselona" "El-Madriqal"dan üç xalla qayıdır


