"Barselona"nın müdafiəçisi 4 ay müddətinə sıradan çıxdı

"Barselona"nın müdafiəçisi 4 ay müddətinə sıradan çıxdı

İspaniyanın "Barselona" klubu daha bir itki ilə üzləşib. 
Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen məşqlərdə dizinin burxulması nəticəsində, sol dizin çarpaz bağlarında yırtıq əmələ gəlib. Müayinələrdən sonra futbolçunun əməliyyat yerinə konservativ müalicə olunmasına qərar verilib. Müdafiəçinin 4 ay müddətinə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.