"Mançester Yunayted" "Aston Villa"ya məğlub oldu

"Mançester Yunayted" "Aston Villa"ya məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turun oyunlarına yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, turun son oyununda "Mançester Yunayted" klubu "Aston Villa"nın qonağı olub. 
Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1. Hazırda aktivində 36 xalı olan "Aston Villa" klubu üçüncü pillədə qərarlaşıb. Hesabında 26 xalı olan "qırmızı şeytanlar" isə 7-cidir.