Münhen “Bayern”i “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi qış transfer bazarında heyətinə cəlb etmək istəyir.
Olimpnews.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, Münhen klubu Fernandes üçün təxminən 50 milyon avro təklif hazırlayır. Portuqaliyalı futbolçunun artıq 31 yaşı olduğunu nəzərə alsaq, bu, əhəmiyyətli bir məbləğdir. Bruno Fernandeşin hazırkı müqaviləsi onu 2026/2027 mövsümünün sonuna qədərdir.


