Bu gün futbol üzrə Misli Premyer Liqasında XI turun oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, ilin son oyununda "Sumqayıt" klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sabah"ı qəbul edəcək. Saat 19:30-da başlayacaq oyunun baş hakimi Tural Qurbanov olacaq.
16 turdan sonra "Sabah" klubunun aktivində hazırda 34 xal var. Sumqayıt səfərində qazanılacaq qələbə ikinci pillədə qərarlaşan "bayquşlar"a mövsümün ilk yarısını lider kimi başa vurmaq üçün kifayət edəcək. Aktivində 27 xalı olan "Sumqayıt" isə dördüncüdür.
Misli Premyer Liqası: Bu gün ilin son oyunu keçiriləcək


