Bu gün futbol üzrə İtaliya Superkubokunun final oyunu keçiriləcək.
Olimpnews.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Əl-Əvvəl Park" stadionunda keçiriləcək oyunda "Napoli" klubu "Bolonya" ilə qarşılaşacaq.
Neapollular yarımfinalda "Milan"ı, "Bolonya" isə "İnter"i mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "Napoli" bu vaxta qədər 2 dəfə İtaliya Superkubokunun qalibi olub. Onlardan fərqli olaraq, "Bolonya" bu turnirin qalibi ola bilməyib. Budəfəki final matçında qazanılacaq qələbə onların ilk Superkubok çempionluğu kimi yadda qalacaq.
Bu gün İtaliya Superkubokunun qalibi müəyyənləşəcək


