"Saqqallı kişinin portreti" Benzemanın evini bəzəyəcək

"Saqqallı kişinin portreti" Benzemanın evini bəzəyəcək

"Əl-İttihad"ın fransalı hücumçusu Kərim Benzema ispaniyalı rəssam Pablo Pikkassonun əsərlərindən birinə sahib olub.

Olimpnews.az xəbər verir ki, 1964-cü ildə çəkilmiş "Saqqallı kişinin portreti"i artıq Benzemanın evini bəzəyəcək.

Məlumat üçün bildirək ki, əsər 2025-ci ilin əvvəllərində Nyu-Yorkdakı incəsənət satıcısı Helli Nəhmədin qalereyasında nümayiş olunub. Əsərin alış qiyməti açıqlanmayıb. Lakin Pikassonun rəsmlərinin hərracda qiyməti bir milyon avrodan az olmur.