İspaniya Superkubokunun finalında "El Klasiko" olacaq

İspaniya Superkubokunun finalında "El Klasiko" olacaq

Futbol üzrə İspaniya Superkubokunda finalçıların adına aydınlıq gəlib.

Olimpnews.az xəbər verir ki, yarımfinalın digər oyununda Madrid "Real"ı "Atletiko"nu məğlub edib. Səudiyyə Ərəbistanında keçirilən oyun "Kral klubu"nun 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Xabi Alonsonun komandasında qələbə qollarının müəllifi Federiko Valverde (2) və Rodriqo (55) olub. "Atletiko"un heyətində isə Aleksandr Sörlot 59-cu dəqiqədə yeganə təsəlli qolunu vurub. Beləliklə, yanvarın 11-də keçiriləcək İspaniya Superkubokunun finalında azarkşelər "El Klasiko" izləyəcəklər. Xatırladaq ki, turnirin ilk finalçısı olan "Barselona" yarımfinalda Bilbao "Atletik"ini 5:0 hesabı ilə məğlub edib.