Mərakeşdə keçirilən futbol üzrə Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, final qarşılaşmasında Seneqal və Mərakeş komandaları üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Oyunda vurulan yeganə qolun müəllifi əlavə vaxtda - 94-cü dəqiqədə fərqlənən Seneqalın futbolçusu Pap Qeye olub. Beləliklə, Seneqal millisi ikinci dəfə Afrika Millətlər Kubokunun qalibi olub.
Üçüncü yer uğrunda qarşılaşmada isə Nigeriya yığması Misirdən üstün olaraq (0:0, penaltilərdə 4:2) bürünc medala layiq görülüb.


