Həndbol üzrə rayon birinciliyi keçirilib

Həndbol üzrə rayon birinciliyi keçirilib

Cəlilabad şəhər 9 saylı tam orta məktəbinin idman zalında həndbol üzrə oğlanlar arasında rayon birinciliyi keçirilib.

Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir araya gələn 4 komanda qələbə uğrunda mübarizə aparıb. Birincilik ərzində daha məzmunlu, inamlı oyun nümayiş etdirən qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.