Azarkeşlər Qrenlandiya bayraqlarını yarışa gətiriblər

Azarkeşlər Qrenlandiya bayraqlarını yarışa gətiriblər

Danimarka milli komandasının azarkeşləri Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində ABŞ komandasına qarşı keçirilən hokkey yarışında Qrenlandiya bayraqlarını nümayiş etdiriblər. Qrenlandiya bayraqları canlı yayımda və sosial mediada yerləşdirilib. "Daily Mail" xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın hər bir sakininə adanın ABŞ-a qoşulması üçün səs verməyə təşviq etmək məqsədilə 1 milyon dollar vəd edib.
Qeyd edək ki, Danimarka və ABŞ komandaları C qrupunda yarışır. Görüşdə ABŞ komandası 6:3 hesabı ilə qalib gəliblər.