Ədalət təmsilçimiz növbəti təyinat alıb

Ədalət təmsilçimiz növbəti təyinat alıb

Basketbol üzrə beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov növbəti təyinat alıb. Həmyerlimiz aprelin 7-13-də Yekaterinburq şəhərində keçiriləcək qadınlar arasında Avroliqanın "Səkkizlər finalı”nda hakimlik edəcək. Yarışda "Yekaterinburq”, "Nadejda” (hər ikisi Rusiya), "Fənərbağça”, "Kayseri Kaskı”, "Qalatasaray” (hər üçü Türkiyə), "Praqa”, "Sparta” (hər ikisi Çexiya) və "Tanqo” (Fransa) klubları mübarizə aparacaqlar.
Qeyd edək ki, bu, FİBA hakimimizin belə mötəbər yarışa ilk təyinatıdır.