Qala” liderliyini möhkəmlədib

Qala” liderliyini möhkəmlədib

Kişi basketbolçular arasında Azərbaycan çempionatının ikinci dövrəsinə start verilib. Cəlilabad şəhərində keçirilən IV turun oyunlarından sonra "Qala” liderliyini möhkəmlədib.
Belə ki, ilk 3 matçda qələbə qazanan Elxan Əliyevin yetirmələri bu dəfə "Gəncə” komandasını böyükhesabla məğlub ediblər - 114:48. Turun digər görüşündə isə ev sahibləri çətinliklə də olsa "Şəki”yə qalib gəliblər - 60:55. Beləliklə, bu oyunlardan sonra "Qala” 8, "Cəlilabad” 7, "Şəki” 5 və "Gəncə” 4 xala malikdir.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 6-da Şəkidə keçiriləcək. Bu oyunlarda "Qala” "Cəlilabad”la, "Şəki” "Gəncə” ilə münasibətinə aydınlıq gətirəcək.