Basketbolçu dünya çempionatında iştirak etməyəcək

Basketbolçu dünya çempionatında iştirak etməyəcək


"MBA”-nın "Miluoki” klubunun türkiyəli hücumçusu Ersan İlyasova dünya çempionatında iştirak etməyəcək. Bu barədə məlumatı basketbolçu özü verib. Qeyd edək ki, İlyasova matç zamanı diz qapağını zədələyib.
"Miluoki” klubunun hücumçusu bu mövsümün qalan hissəsini dincəlmək və yayda yeni mövsümə hazırlaşmaq fikrində olduğunu bildirib.
Xatırladaq ki, basketbol üzrə dünya çempionatı bu il 30 avqust- 14 sentyabrda İspaniyada keçiriləcək.