Bədən Tərbiyəsi və İdman Günü Sumqayıtda qeyd olundu

Bədən Tərbiyəsi və İdman Günü Sumqayıtda qeyd olundu

"5 Mart Bədən Tərbiyəsi və İdman günü" ilə bağlı Sumqayıt şəhərində 1999-2000-ci il təvəllüdlü oğlanlar arasında 3x3 basketbol (stritbol) üzrə şəhər birinciliyi keçirilib.
Olimpnews.az saytinin məlumatına görə, turnirdə 22 komandadan ümumilikdə 88 idmançı qalib adı uğrunda mübarizə aparıb. Yekunda 43, 24 və 7 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutub.
Analoji tədbir fevralın 23-24-də "Veteran Ağır Atletika" İctimai birliyinin idman zalında "Təhsil” RİM-Sumqayıt filialı və "Zirvə” İK-nun 40-a yaxın 1999-cu il təvəllüdlü və gənc ağır atletləri arasında da keçirilib.
Iki gün davam edən yarışda Murad Əliyev (34kq), Novruz Muxtarlı (38kq), İsmayıl Mədətov (42kq), Nahid Rzayev (46kq), Taleh Rüstəmov (50kq), Sadiq Əhmədzadə (56kq), Tural Qaracayev (69kq), Cəmil Məmmədzadə (94kq) 199-cu il və kiçik təvəllüdlü yeniyetmələr arasında, Cavidan Məmmədli (56kq), İlham Həziyev (62kq), Nurlan Vəliyev (69kq), Yusif Huseynov (77kq), İsfəndiyar Vəliyev (85kq), Mikayıl Əhmədzadə (94kq) və Azər Ağayev (+105kq) gənclər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.