“Ümid” yarışında parlaq qələbə

“Ümid” yarışında parlaq qələbə

Aprelin 12-13-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "ClimBaku” idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə "Ümid” yarışı keçirilib. İki gün davam edən yarışda öz qüvvələrini sınamaq üçün ölkəmizin müxtəlif regionlarından olan 20 komandanı təmsil edən 80-dən artıq yeniyetmə və gənc idmançı mübarizə aparıb.

Yarışda federasiyanın "Ekosport”, "Salavat”, "AMEAST”, "Qərb Universiteti”, FHN, "Şahdağ”, "Caspian”, "Qafqaz”, "Memarlıq”, "Gənclik”, "İrəli Extrim”, "Aviasiya”, "Climb club”, "Rock Stone”, "Kəmərqaya”, "Daşkəsən”, "Gəncə”, "Bakı Qida Sənayesi Kolleci”, "Zirvə”, "Black Stone” və AMA klublarının idmançıları iştirak ediblər. Yarışların ümumi nəticələrinə görə, FHN "Ekstremal” idman komandası birinci, AMEAST komandası ikinci, "Qərb Universiteti” komandası isə üçüncü yerə çıxıb. Qaliblərə diplomlar təqdim olunub.
"Ümid” yarışının yekun nəticələri
Oğlanlar arasında sürət
üzrə final mərhələsi:

1. Şamil İnçiyev (FHN)
2. Atabəy Xanlarov (FHN)
3. Fuad Abdullayev ("Qafqaz”)

Qızlar arasında sürət üzrə
final mərhələsi:

1. Fidan Novruzova ("Qərb Universiteti”)
2. Azadə Musabəyli (AMEAST)
3. Lalə Altuxanova ("Salavat”)
Oğlanlar arasında
bouldrinq üzrə final mərhələsi:

1. Fuad Abdullayev ("Qafqaz”)
2. Qorxmaz Qədirli (AMA)
3. Anton Pupov ("Climclub”)

Qızlar arasında bouldrinq
üzrə final mərhələsi:

1. Azadə Musabəyli (AMEAST)
2. Süsən Əliyeva ("Rock Stone”)
3. Fidan Novruzova ("Qərb Universiteti”)