Kikboksçuya təpik atan rəqibin öz ayağı qırıldı

Kikboksçuya təpik atan rəqibin öz ayağı qırıldı


İstanbulda təşkil edilən "Glory15 İstanbul" Kikboks təşkilatı izləyicilərə həyəcan dolu anlar yaşadıb.

"Glory 15 İstanbul"un təşkilatçılığı ilə keçirlən kikboks üzrə final görüşündə yarımfinalda Natan Korbetti məğlub edən türk idmançı Gökhan Saki ilə yenə yarımfinalda Saulo Kalavarini məğlub edən dünya birincisi Tayron Sponqla qarşı-qarşıya gəlib. Qarşılaşmanın elə ilk raundunda Tayron Sponqun təpyinə qarşı ayağını qaldıran Gökhan rəqibinin ayağını qırıb və hakim döyüşü dayandırıb.
Rəqibinin ayağının qırılmasıilə çempion olan Gökhan Saki həm qızıl kəmərin, həm də 200 min dollarlıq mükafatın sahibi olub.
Rinqdən düşdükdən sonra Gökhan Sakini "Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyder və həyat yoldaşı Yolante Kabau da təbrik edənlər arasında olub. Lakin Gökhan Saki rəqibinin ayağı qırıldığı üçün çox da sevinməyib.