“Barselona”nın azarkeşi Ronaldonu tərifləyib

“Barselona”nın azarkeşi Ronaldonu tərifləyib

London-2012 Olimpiya Oyunlarında atletika üzrə 4x100 m məsafəyə estafet yarışlarında qızıl medala layiq görülən Yohan Bleyk "Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun ünvanına təriflər yağdırıb. İspaniya mətbuatı yamaykalı idmançının sözlərini belə təqdim edib: "Kriştianu çox cəlddir və "Real”ın təməl daşıdır. Ronaldonu 100 metr məsafəyə qaçışda görməyi çox istərdim. Düşünürəm ki, o, bu məsafəni hamıdan tez qaçardı”.
Maraqlısı odur ki, Bleyk "Real” klubunun əzəli rəqibi "Barselona”nın azarkeşi olduğunu da etiraf edib.